Edam edilən qadın ölümdən qayıtd

Tennessidə ölüm hökmünün icrası zamanı nadir hadisə yaşanıb
Tennessi ştatında ölüm hökmü icra edilən 50 yaşlı Krista Payk sağ qalıb.
Payka edam zamanı yüksək dozada pentobarbital vurulub. Buna baxmayaraq, onun həyat əlamətləri göstərdiyi müəyyənləşdirilib və dərhal xəstəxanaya aparılıb.
Payk təxminən bir həftə reanimasiya şöbəsində müalicə olunub. Hazırda onun özünə gəldiyi və danışa bildiyi bildirilir.
Vəkilləri qadının sağalmasını nadir tibbi hal kimi qiymətləndiriblər. İlkin mərhələdə preparatın onun zehni qabiliyyətlərinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıq yaranıb.
Krista Payk 1995-ci ildə Kollin Slemmeri öldürməkdə təqsirli bilinib. Bir il sonra ona ölüm hökmü verilib.
Onun hüquq müdafiəçiləri uşaqlıq dövründə zorakılıq və cinsi istismara məruz qaldığını, həmçinin məhkəmədə lazımi hüquqi müdafiə almadığını iddia ediblər.
Paykın edamından sonra Tennessi qubernatoru Bill Li ilin sonuna qədər nəzərdə tutulan digər edamları dayandırıb. Hadisədən sonra ştatın həbsxana direktoru da vəzifəsindən istefa verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.