İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarını razılaşdırıb

İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün marşrutları razılaşdırıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai məlumat verib.
Onun sözlərinə görə, İran və Oman arasında məsələ ilə bağlı məsləhətləşmələr uğurla davam edir. Tərəflər Hörmüz boğazında təhlükəsiz ikitərəfli keçid marşrutlarının coğrafi koordinatları ilə bağlı razılığa gəliblər.
Baqai bildirib ki, iki ölkə həmçinin razılaşdırılmış marşrutların müvafiq beynəlxalq quruma təqdim edilməsi qaydası barədə də anlaşmaya nail olub.
İran XİN sözçüsü planın yaxın vaxtlarda beynəlxalq səviyyədə təqdim ediləcəyini qeyd edib.
Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünya neft daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. :::
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.