AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon Konqres seçkilərinə qədər İrana mümkün zərbələrlə bağlı planlar hazırlayır

  • + A
  • - A
  • Bu gün, 08:50

    Pentaqon Konqres seçkilərinə qədər İrana mümkün zərbələrlə bağlı planlar hazırlayır


    ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona İranda yerləşən obyektlərə zərbələr endirilməsi ilə bağlı mümkün ssenarilər hazırlamağı tapşırıb.

    Bu barədə The Atlantic məlumatlı mənbələrə istinadən yazıb.

    Nəşrin mənbələrinin bildirdiyinə görə, Ağ Ev Pentaqondan ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən əvvəl həyata keçirilə biləcək zərbələr üçün müxtəlif variantlar hazırlamağı istəyib.

    Mənbələr qeyd ediblər ki, mümkün əməliyyatların miqyası və hədəfləri, eləcə də ABŞ administrasiyasının yekunda hərbi əməliyyata başlayıb-başlamayacağı hələ müzakirə olunur.

    Respublikaçılar Partiyasının adının açıqlanmasını istəməyən nümayəndələrindən biri The Atlantic-ə bildirib ki, belə bir addım prezidentin qələbə qazandığı görüntüsünü yarada və bunun fonunda yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.

    Mənbələrdən biri planların ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən hazırlandığını açıqlayıb.

    The Atlantic həmçinin yazır ki, mümkün məhdud hərbi əməliyyatdan sonra, aralıq seçkilər başa çatdıqdan sonra daha genişmiqyaslı hərbi fəaliyyətlərə keçilməsi ehtimalı da nəzərdən keçirilir.

    Qeyd olunur ki, hazırda söhbət yalnız mümkün fəaliyyət ssenarilərinin hazırlanmasından gedir və ABŞ administrasiyasının bu planlardan hər hansı birini həyata keçirib-keçirməyəcəyi məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR