Peskov: Zelenski qərar verməyə hazır deyil

Kremlin sözçüsü münaqişənin başa çatması üçün siyasi iradənin vacibliyini vurğulayıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin başa çatdırılması üçün lazımi siyasi iradə nümayiş etdirmədiyini söyləyib.
Onun sözlərinə görə, münaqişənin sona çatması çətin və məsuliyyətli qərarların qəbul edilməsini tələb edir.
Peskov qeyd edib ki, Ukrayna prezidenti hələlik bu məsuliyyəti öz üzərinə götürməyə hazır deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.