AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Rusiya ABŞ-a qarşı heç vaxt bu qədər hörmətsizlik nümayiş etdirməyib

  • + A
  • - A
  • Bu gün, 15:31

    Zelenski: Rusiya ABŞ-a qarşı heç vaxt bu qədər hörmətsizlik nümayiş etdirməyib



    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın enerji və kritik infrastrukturuna qarşı həyata keçirdiyi hücumları kəskin tənqid edib. O bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs təşəbbüsünə məhəl qoymayaraq, Ukraynanın enerji sisteminə məqsədli zərbələr endirib.

    Zelenskinin sözlərinə görə, ötən gecə Rusiya Ukraynanın enerji və kritik infrastrukturuna qarşı 39 ballistik raketdən, eləcə də 120-dən çox zərbə dronundan və dolaşan döyüş sursatından istifadə edib. Hücumlar Kiyev şəhərini, Kiyev vilayətini və Xarkovu əhatə edib.

    Ukrayna lideri qeyd edib ki, Rusiyanın ballistik raketlərlə enerji obyektlərini hədəfə alması şüurlu şəkildə həyata keçirilib və bu, ABŞ-a qarşı nümayişkaranə hörmətsizlikdir.

    “Rusiya ABŞ prezidentinin bəyanatlarını güclü hesab etmir. Ən azı 600 min insan elektrik enerjisiz qalıb. Daha genişmiqyaslı elektrik kəsintiləri də mümkündür. Təəssüf ki, ölənlər və yaralananlar var”, – deyə Zelenski bildirib.

    Ukrayna Prezidenti ABŞ-ı və beynəlxalq ictimaiyyəti Rusiyanın hücumlarına sərt reaksiya verməyə çağırıb. O vurğulayıb ki, Moskva gərginliyin azaldılması fürsətini əldən verib və müharibəni davam etdirmək yolunu seçib.

    Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyib. O, senator Lindsi Qrehemin təşəbbüsü ilə qəbul edilərək imzalanmış qanunun bu istiqamətdə imkanlar yaratdığını qeyd edib.

    Ukrayna lideri həmçinin ABŞ-dan Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket paketlərinin təqdim edilməsini xahiş edib.

    “ABŞ prezidentinin güc, ədalət və təcavüzkara təzyiq vasitəsilə sülhə yaxınlaşmaq üçün bütün alətləri var. Heç bir ölkə Rusiya kimi qeyri-adekvat bir subyektlə üz-üzə qalaraq tək buraxılmamalıdır”, – deyə Zelenski vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR