Roma Papası əməliyyatdan sonra ayağa qalxıb

Roma Papası əməliyyatdan sonra normal şəkildə sağalır. Qan analizlərinin və döş qəfəsinin rentgen müayinəsinin nəticələri keçirilmiş cərrahi müdaxilədən sonra gözlənilən göstəricilərə uyğundur.
Bu barədə həkimlər Luici Karbone və Stefano Marqaritora məlumat veriblər. Onların açıqlaması Vatikanın mətbuat xidməti tərəfindən yayımlanıb.
Həkimlərin bildirdiyinə görə, pontifik səhər saatlarında əməliyyatdan sonra nəzərdə tutulan müayinələrdən keçib. Nəticələr sağalma prosesinin gözlənilən qaydada davam etdiyini təsdiqləyib.
Roma Papası, həmçinin tənəffüs fizioterapiyası seansında iştirak edib və palatasında gəzməyə başlayıb. Bununla yanaşı, o, adi qidalanma rejiminə qayıdıb. Pontifik səhər və günorta yeməklərini əvvəlki qaydada qəbul edib.
Həkimlər Müqəddəs Atanın sağalma prosesinin normal davam etdiyini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.