AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ABŞ-dan 12 ədəd hücum helikopteri almaq barədə razılıq əldə edib.

  • + A
  • - A
  • Bu gün, 22:33

    İsrail ABŞ-dan 12 ədəd hücum helikopteri almaq barədə razılıq əldə edib.


    “The Times of Israel” nəşrinin İsrail Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, helikopterlər İsrail Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək.

    Müqavilənin imzalanmasından əvvəl İsrail hökuməti hərbi texnikanın alınması üçün Müdafiə Nazirliyinə 1 milyard şekel vəsait ayrılmasını təsdiqləyib. ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan helikopterlərin tədarükünə 2030-cu illərin əvvəlində başlanılması planlaşdırılır.
    İsrail Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkə “Apache” helikopterlərinin “Echo” adlanan AH-64E modifikasiyasını əldə edəcək. Bu versiya helikopterin ən yeni və təkmilləşdirilmiş variantı hesab olunur.

    İsrailin müdafiə naziri İsrael Kats bu satınalmanı İsrail Müdafiə Ordusunun döyüş potensialının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, yeni helikopterlər İsrail silahlı qüvvələrinin müxtəlif təhdidlərə qarşı əməliyyat imkanlarını genişləndirəcək və ölkənin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

    Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin nümayəndələri daha əvvəl “Apache” helikopterlərinin alınması qərarının 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun və bundan sonra Qəzza zolağında baş verən hərbi əməliyyatların təcrübəsi nəzərə alınmaqla qəbul edildiyini bildirmişdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR