İranda qadın komandir öldürülüb

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində “Bəsic” könüllü qüvvələrinin bölmə komandiri Əfsanə Aqilə öldürülüb.
Mehr agentliyinin məlumatına görə, Məhrestan rayonunda könüllü qüvvələrin mərkəzinə rəhbərlik edən Əfsanə Aqilə yaşadığı evin girişində güllələnib.
Mətbuatın yaydığı məlumatda hücum edən şəxslərin ABŞ və İsraillə əlaqəli olduğu bildirilir. Lakin bu iddia ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bu, son bir həftə ərzində Sistan və Bəlucistan əyalətində öldürülən ikinci qadındır. Ötən həftə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində əyalət polis rəisinin müavini, mayor Nüsrət Eftehari həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.