AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makron: Fransada yuxarı sinif şagirdlərinin etirazlarından siyasi məqsədlər üçün istifadə olunur

  • + A
  • - A
  • Bu gün, 22:41

    Makron: Fransada yuxarı sinif şagirdlərinin etirazlarından siyasi məqsədlər üçün istifadə olunur


    Fransa Prezidenti Emmanuel Makron ölkədə təhsil sistemindəki problemlərdən narazı olan yuxarı sinif şagirdlərinin etirazlarından siyasi qüvvələrin istifadə etdiyini bildirib. Bununla yanaşı, o, gənclərin narahatlıqlarının əsaslı olduğunu da etiraf edib.

    Bu barədə oktyabrın 14-də, çərşənbə günü Fransa hökumətinin mətbuat katibi Mod Brejon məlumat verib. AFP agentliyinin məlumatına görə, Makron hökumətin iclasında gənclərin qanuni tələblərinin siyasi məqsədlərə yönəldildiyini və etirazların küçə zorakılığına çevrildiyini qeyd edib.

    Fransa Prezidenti nazirlər kabinetinə qarşıdakı həftələr ərzində şagirdlərin diqqətə çatdırdıqları problemlərin həlli üçün konkret tədbirlər hazırlamağı tapşırıb.

    Fransada etirazlar təxminən üç həftədir davam edir. Yuxarı sinif şagirdləri müəllim çatışmazlığına, siniflərdə şagird sayının həddindən artıq çox olmasına, maliyyələşmənin yetərsizliyinə və məktəb binalarının yararsız vəziyyətinə etiraz edirlər. Bir sıra təhsil müəssisələrində şagirdlər girişləri bağlayıb, nəticədə dərslərin ləğv edilməsinə ehtiyac yaranıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR