Paşinyan Aİİ ilə münasibətləri çağırış adlandırıb

Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri ölkə qarşısında duran çağırışlardan biridir. Bu məsələ ilə bağlı müvafiq iş aparılacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın siyasəti iqtisadi dinamikanın təmin edilməsinə, eləcə də suverenliyin, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsinə yönələcək.
“Bunlardan biri digərindən irəli gəlir və onlar bir-biri ilə qarşılıqlı əlaqədədir”, – deyə baş nazir vurğulayıb.
O, iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Paşinyan bildirib ki, mövcud göstəricilər bu əlaqələrin daha da dərinləşəcəyinə ümid yaradır və Ermənistan bu istiqamətə diqqətini artırmalıdır.
Baş nazir inflyasiya meyillərinin qlobal proseslərin bir hissəsi olduğunu da bildirib. Bununla belə, o, ölkənin “əmək vasitəsilə rifah” strategiyasından kənara çıxmamalı olduğunu vurğulayıb.
“Bu yolda çətinliklər olacaq və biz əvvəlki dövrlərdə etdiyimiz kimi, onları idarə etməliyik”, – deyə Paşinyan əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.