AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehranda Donald Trampın obrazında simvolik aksiya keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:16

    Tehranda Donald Trampın obrazında simvolik aksiya keçirilib


    Tehranın Təcriş meydanında ABŞ Prezidenti Donald Trampın obrazı ilə bağlı simvolik aksiya təşkil olunub.

    Aksiya çərçivəsində Trampı canlandıran aktyor həbsxana kamerasını xatırladan konstruksiyanın dəmir barmaqlıqları arxasında yerləşdirilib. Aktyor ABŞ prezidentinə xas jest və hərəkətləri təkrarlayıb.

    Qurğunun üzərində Minabda qızlar məktəbinə və Sirikdə toy mərasiminə edilən hücumları xatırladan yazılar da yer alıb.

    İnstallasiya şəhər sakinlərinin diqqətini cəlb edib. Konstruksiya fonunda şəkil çəkdirmək istəyən vətəndaşların çoxluğu meydanın ətrafında avtomobil sıxlığının yaranmasına səbəb olub.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR