İran ABŞ ilə münaqişənin həllində diplomatik yola üstünlük verir, lakin cavab hərbi əməliyyatlarını davam etdirmək üçün lazımi vasitələrə malikdir.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "Drop Site"a müsahibəsində bildirib.
"Hər kəs anlamalıdır ki, İrana qarşı addımların öz bədəli var. Əgər diplomatiya bu anlayışı təmin etməyə qadirdirsə, biz diplomatiyaya üstünlük verəcəyik. Lakin müharibə davam edərsə, İranın sonrakı cavab üçün lazımi vasitələri var", - o bildirib.
M.Rezainin sözlərinə görə, yeni hücum olacağı təqdirdə Tehran regiondakı ABŞ obyektlərinə cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə və hədəflərin siyahısını genişləndirməyə hazır olacaq.
"Müharibə halında kabellər, məlumat emalı mərkəzləri və süni intellekt obyektləri də zərbə altında qala bilər. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bizim proqramımız daha genişmiqyaslı olacaq", - o bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.