Avropa Komissiyası 2027-ci ildə də Polşanı miqrant qəbulundan azad edə bilər

Avropa Komissiyası 2027-ci ildə də Polşanı miqrant qəbulundan azad edə bilər
Avropa Komissiyası Polşanı 2027-ci ildə də Avropa İttifaqının miqrasiya paktı çərçivəsində miqrant qəbul etmək və ya onları yerləşdirməkdən imtina müqabilində kompensasiya ödəmək öhdəliyindən azad etməyi ilkin olaraq qərara alıb.
Bu barədə Polşanın RMF FM radiostansiyası Brüsseldəki müxbirinə istinadən məlumat yayıb. Qərarın noyabrın 4-də rəsmi şəkildə elan olunacağı gözlənilir.
Məlumata görə, Polşa hakimiyyəti son həftələrdə ölkədəki miqrasiya vəziyyəti ilə bağlı Avropa Komissiyasına məlumat təqdim edib və müsbət qərar veriləcəyinə ümid edir. İlkin qiymətləndirməyə əsasən, Varşavanın məcburi həmrəylik mexanizmi çərçivəsində əməliyyat və texniki yardım göstərməsi də tələb olunmaya bilər.
Qeyd edək ki, Avropa İttifaqının miqrasiya paktının tərkib hissəsi olan bu mexanizm 2026-cı ilin iyunundan etibarən ittifaq ölkələrində tətbiq olunmağa başlayıb. Mexanizm miqrasiya təzyiqi ilə üzləşən dövlətlərə dəstək göstərilməsini nəzərdə tutur. İştirakçı ölkələr miqrantları qəbul edə, yerləşdirməkdən imtina etdikləri hər bir şəxs üçün təxminən 20 min avro ödəyə və ya texniki və maddi yardım göstərə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.