AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taylandda daşqın: 100-dən çox evi su basıb

  • + A
  • - A
  • Bu gün, 16:24

    Taylandda daşqın: 100-dən çox evi su basıb


    Taylandın Phuket adasında baş verən daşqınlar nəticəsində 100-dən çox ev su altında qalıb, binalara və avtomobillərə ziyan dəyib. Bu barədə oktyabrın 26-da The Nation portalı məlumat yayıb.

    Daşqın gecə saatlarında yağan güclü yağışdan sonra baş verib. Daş, torpaq və palçıqla dolu su axını Patonq çimərliyi yaxınlığındakı Nanay məhəlləsinə dolub. Nəticədə avtomobillər təkərlərinin üst səviyyəsinədək su altında qalıb, su isə binaların birinci mərtəbələrinə daxil olub.

    Ən çətin vəziyyət Patonq rayonunda yaranıb. Güclü su axınları küçələri basıb, palçıq və daşlar binalara ciddi ziyan vurub. Bangkok Post qəzetinin məlumatına görə, bir neçə mağazanın vitrinləri də sınıb.

    Daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR