AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CNN: ABŞ İrana 96 saat ərzində genişmiqyaslı zərbələr endirməyə hazırdır

  • + A
  • - A
  • Bu gün, 16:26

    CNN: ABŞ İrana 96 saat ərzində genişmiqyaslı zərbələr endirməyə hazırdır


    ABŞ prezidenti Donald Trampın müvafiq əmri verəcəyi təqdirdə, Yaxın Şərqdəki Amerika hərbi qüvvələri 96 saat ərzində İrana qarşı yeni və potensial olaraq genişmiqyaslı əməliyyatlara başlaya bilər. Bu barədə CNN telekanalı iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, regionda belə hücumları həyata keçirmək üçün kifayət qədər hərbi qüvvə yerləşdirilib. Mənbələr bildiriblər ki, mümkün əməliyyatlar İranın radarlarına, raket buraxılış qurğularına və qısa müddətdə bərpa oluna bilən digər obyektlərinə qarşı məhdud zərbələrlə kifayətlənməyə bilər.

    Xatırladaq ki, ABŞ 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları dayandırdıqdan sonra İrana qarşı məhdud zərbələr endirib. CNN-in həmsöhbətlərinin sözlərinə görə, hazırda əsas məsələ hücum əmri verilib-verilməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir.

    Amerikalı rəsmilər mümkün qərarın ilin sonunadək qəbul edilə biləcəyini, lakin bunun daha çox ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonraya təsadüf edəcəyini ehtimal edirlər. Bununla belə, Donald Trampın hələlik yekun qərar vermədiyi vurğulanır.

    CNN qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon mümkün hücumlar üçün geniş hədəf siyahısı hazırlayıb. Siyahıya İranın enerji infrastrukturu, hərbi obyektləri və nüvə obyektləri daxildir.

    ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, mümkün hücuma cavab olaraq İranın, eləcə də Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının — husilərin ABŞ hərbçilərinə və Amerika obyektlərinə qarşı dərhal hücumlara başlama ehtimalı var. Bu hücumların həm regionda, həm də onun hüdudlarından kənarda həyata keçirilə biləcəyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR