İranlı nazir ABŞ-ni Trampın avantürizminin nəticələrini ödəməkdə ittiham edib

İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard ABŞ-nin maliyyə naziri Skott Bessentin İranda istilik yanacağı çatışmazlığı ilə bağlı xəbərdarlığına cavab verib.
Bovard Vaşinqtonun İranın yanacaq ehtiyatlarından daha çox amerikalı istehlakçılar üçün yanacağın qiymətindən narahat olmalı olduğunu bildirib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İranlı rəsmi oktyabrın 27-də sosial şəbəkə hesabında yazıb ki, Moskvada qaz diplomatiyası ilə bağlı danışıqlar aparıldığı halda, ABŞ dizel yanacağı axtarışındadır.
O, Bessentə yanacaq ehtiyatlarının artırılması ilə bağlı çağırışlarını amerikalılara ünvanlamağı tövsiyə edib. Bovardın sözlərinə görə, ABŞ vətəndaşları artıq bir neçə aydır Prezident Donald Trampın avantürist siyasətinin nəticələrinə görə bədəl ödəyirlər.
İranlı nazirin bu açıqlaması Bessentin İran iqtisadiyyatının qarşıdakı dövrdə ciddi tənəzzüllə üzləşəcəyi barədə bəyanatından sonra səslənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.