Almaniyada ən böyük sənaye həmkarlar ittifaqı maaş artımı təklifini rədd edib, tətil xəbərdarlığı edib

Almaniyada ən böyük sənaye həmkarlar ittifaqı maaş artımı təklifini rədd edib, tətil xəbərdarlığı edib
Almaniyanın ən böyük sənaye həmkarlar ittifaqı IG Metall işəgötürənlərin əməkhaqlarının artırılması ilə bağlı ilkin təklifini rədd edib. Həmkarlar ittifaqı tələblər yerinə yetirilməyəcəyi təqdirdə tətil aksiyalarının keçirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə DPA agentliyi məlumat yayıb.
Danışıqlar Almaniyanın metal emalı və elektrotexnika sənayesində çalışan 3,7 milyondan çox işçini əhatə edir. Buraya ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan avtomobil sənayesi də daxildir.
IG Metall həmkarlar ittifaqının Şimali Reyn-Vestfaliya üzrə regional rəhbəri Knut Gisler işəgötürənlərin təklifini qeyri-kafi adlandırıb. Onun sözlərinə görə, təklif gecikib, nəzərdə tutulan artım çox aşağıdır və proses həddindən artıq uzun müddətə hesablanıb. O, həmçinin təklifin işçilərin gələcək perspektivləri baxımından demək olar ki, heç bir fayda vermədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.