AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa Rusiyanın Afrikaya müdaxiləsi ilə bağlı Aİ sanksiyalarına nail olmaq istəyir

  • + A
  • - A
  • Bu gün, 21:45

    Fransa Rusiyanın Afrikaya müdaxiləsi ilə bağlı Aİ sanksiyalarına nail olmaq istəyir


    Fransa Rusiyanın Afrika ölkələrində ictimai rəyə təsir göstərməyə yönəlmiş fəaliyyəti ilə əlaqədar Avropa İttifaqının sanksiyalar tətbiq etməsinə nail olmağa çalışacaq.
    Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində bildirib ki, Rusiya Parisin maraqlarına zərbə vurmaq məqsədilə Afrika ölkələrində ictimai rəyi manipulyasiya etməyə çalışır.

    Nazirin sözlərinə görə, Rusiyanın informasiya müdaxiləsi əməliyyatları, xüsusilə Kamerun və Konqo Respublikasını əhatə edir.

    Barro bu iddialarla bağlı Fransanın xarici informasiya müdaxilələrinin aşkarlanması və qarşısının alınması məqsədilə 2021-ci ildə yaradılmış Viginum xidmətinin hesabatına istinad edib.

    Fransalı nazir Rusiyanı insanların düşüncələrinə təsir göstərməyə çalışmaqda ittiham edib və Moskvanın bu cəhdlərinin uğursuz olacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR