İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib.
Bunu regional hökumətin başçısı Xuanma Moreno açıqlayıb.
"Biz sarsılmışıq. Bütün Əndəlüs bu dəmiryol qəzası nəticəsində zərər çəkənləri dəstəkləyir", - o bildirib.
Daha əvvəl Sevilya meri Xose Luis Sans da üç günlük matəm elan edib və bütün rəsmi tədbirlərin ləğv edilməsi barədə göstəriş verib.
Dəmiryol qəzası İspaniyanın Toledo əyalətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, ən azı 64 nəfər həlak olub. Qəzanın səbəbi insan amili ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.