AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq

  • + A
  • - A
  • Bu gün, 20:30

    Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq

    Böyük Britaniya Ukraynaya 10 milyard funt-sterlinq (13,2 milyard ABŞ dolları) maliyyə yardımı ayırmaq qərarına gəlib.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Krallığın Baş naziri Endi Börnhemlə söhbətinin yekunlarına dair sosial şəbəkələrdə bildirib.

    "Bu gün Böyük Britaniya 10 milyard funt-sterlinq məbləğində əlavə maliyyə yardımının verilməsi haqqında mühüm qərar qəbul edib: növbəti üç il ərzində iqtisadi dəstək şəklində 7 milyard funt-sterlinq (9,3 milyard dollar) və Britaniyanın ixraca dəstək proqramı çərçivəsində, əsasən həyatların qorunmasını gücləndirməyə imkan verəcək çox zəruri silahların tədarükü üçün əlavə 3 milyard funt-sterlinq (3,9 milyard dollar)", - o yazıb.

    Onun sözlərinə görə, bu, Londonun Kiyevə göstərdiyi illik yardıma əlavədir.

    Zelenski söhbət zamanı Rusiyaya qarşı sanksiya siyasətinin müzakirə olunduğunu da bildirərək, Böyük Britaniyanın bu məsələdə prinsipial mövqeyə sadiq qalacağına əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR