AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Komissiyası Macarıstana 5,4 milyard avroluq müdafiə kreditini təsdiqləyib

  • + A
  • - A
  • Bu gün, 22:14

    Avropa Komissiyası Macarıstana 5,4 milyard avroluq müdafiə kreditini təsdiqləyib

    Avropa Komissiyası Macarıstana 5,4 milyard avroluq müdafiə kreditini təsdiqləyib

    Avropa Komissiyası Macarıstanın Avropa İttifaqının SAFE (Security Action for Europe) proqramı çərçivəsində 5,4 milyard avro həcmində müdafiə krediti almaq üçün müraciətini təsdiqləyib. Bu barədə “Euronews” məlumat yayıb.

    Macarıstanın Baş naziri Peter Magyar apreldə vəzifəyə başladıqdan sonra ölkəsinin ilkin müraciətinin məbləğini 16,4 milyard avrodan 5,4 milyard avroya endirib. Yenilənmiş müraciət sentyabrın sonunda rəsmi şəkildə təqdim olunub.

    Məlumata görə, Magyar əvvəlki hökumətlə əlaqələndirilən mümkün korrupsiya risklərini nəzərə alaraq ilkin maliyyələşdirmə planına yenidən baxmaq qərarına gəlib.
    Kreditin ayrılması üçün növbəti mərhələdə Avropa İttifaqına üzv ölkələrin hökumətləri müraciəti təsdiqləməlidir. Bundan sonra Avropa Komissiyası ilə Budapeşt arasında kredit sazişi imzalanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR