AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: Putin, Tramp və Zelenskinin görüşü üçün tərəflər qarşıda böyük iş görməlidir

  • + A
  • - A
  • Bu gün, 22:16

    Peskov: Putin, Tramp və Zelenskinin görüşü üçün tərəflər qarşıda böyük iş görməlidir


    Peskov: Putin, Tramp və Zelenskinin görüşü üçün tərəflər qarşıda böyük iş görməlidir

    Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü mümkündür. Lakin belə bir görüşün keçirilməsi üçün tərəflərin qarşıda böyük iş görməsi lazımdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Kirill Yunaşevə açıqlamasında bildirib. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

    Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp belə bir görüşün “çox yaxın zamanda” baş tuta biləcəyini bildirmişdi. Peskov bu açıqlamanı şərh edərkən qeyd edib ki, “yaxın zaman” anlayışı müxtəlif cür başa düşülə bilər.

    Üçtərəfli danışıqların keçirilməsi məsələsi oktyabrın 21-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra yenidən gündəmə gəlib. Görüşün yekunlarına əsasən, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqlarının təşkili barədə razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR