AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Myanmada xaos bitmir: 19 nəfərə edam cəzası verildi, insanlar evlərini tərk edir

  • + A
  • - A
  • 10-04-2021, 21:00


    Myanma ordusunun hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı Baqoda təşkil edilən etiraz aksiyalarına silahlı müdaxiləsi nəticəsində azı 20 mülki vətəndaş ölüb.

    “Anadolu” agentliyinə müsahibə verən fəal Keren Kin azı 60 nəfərin öldüyünü iddia edib:

    “Döyüşlərin gecə yarısına qədər davam etdiyini və cəsədlərin olduğunu eşitdik. Öldürülən mülki şəxslərin hərbi maşınlarda gizlədildiyi deyilir”.

    Onun sözlərinə görə, bölgədə minlərlə vətəndaş evlərini tərk edib.

    Eyni zamanda, ölkədə seçilmiş hökuməti çevrilişlə devirən hərbi məhkəmə 19 nəfəri bir əsgərin ölümünə səbəb olduqları üçün edam cəzasına məhkum edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR