AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tennisçilərimiz Ermənistan millisini məğlub etdi

  • + A
  • - A
  • 29-07-2023, 20:40

    Tennisçilərimiz Ermənistan millisini məğlub etdi

    Monteneqroda "Davis Cup" turniri başa çatıb.

    Yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb.

    Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib.

    Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR