Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi ilə KTMT-nin “Kobalt-2024” xüsusi təliminin açılış mərasimi keçirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, təlimlərdə qüvvə və vasitələrin qruplaşmaları üzrə yeni fəaliyyət formaları və üsulları, yeni silah, hərbi texnika modelləri, həmçinin PUA-lardan istifadənin taktiki üsulları sınaqdan keçiriləcək.
Həmçinin tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Ermənistan təlimlərdə iştirakdan imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.