Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa hakimiyyətini Teleqramın yaradıcısı Pavel Durovu həbs etdiyinə görə qınamadığını bildirib.
Azadmedia.az xəbər verir ki, o, bu barədə Respublika Müəllimlər Şurasında çıxışı zamanı deyib.
Belə ki, "Mən onları qınamıram. Onlar düzgün iş görürlər. Əgər günahkarsansa, get, cavab ver. Bəs onlar kimi eyni üsullardan istifadə edərək özümüzü müdafiə etməyə başlayanda niyə bizə qarşı iddialar irəli sürürlər?" - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.