AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda ağır yol qəzası baş verib, iki nəfər ölüb

  • + A
  • - A
  • 13-03-2025, 15:35

    Şamaxıda ağır yol qəzası baş verib, iki nəfər ölüb

    Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

    "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb.

    "Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

    Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    Məlumatı "Report"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR