AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda emalatxanada yanğın baş verib - YENİLƏNİB

  • + A
  • - A
  • Bu gün, 09:14

    Sumqayıtda emalatxanada yanğın baş verib - YENİLƏNİB

     
    Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    Sumqayıtda plastik klips emalatxanasında yanğın baş verib.

    Hadisə şəhərin Kimyaçılar yaşayış massivində yerləşən təkrar emal üçün nəzərdə tutulmuş plastik klips emalatxanasında qeydə alınıb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin yanğınsöndürən briqadaları cəlb olunub.

    Yanğının qarşısı qısa müddətdə alınıb və digər obyektlərə keçməsinin qarşısı alınıb.

    Yanğının səbəbi araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR