19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxıda yolları qar və buzdan təmizləyir. Xüsusilə gecə saatlarında Şamaxı rayonu Pirqulu-Dəmirçi-Avaxıl kənd yollarını qar və buzdan təmizləyir. Yollara qum və duz qarışığı səpilir. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət hissəsinə qum və duz qarışığı səpilib. İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, işçi heyəti Şamaxı rayonu Qızmeydan-Hacılı-Əhmədli kənd yollarını qardan təmizləyir. Həmçinin idarənin işçi heyəti və texnikası Çaylı-Cabanı-Həmyəli-Qonaqkənd kənd yolunu da qardan təmizləyir
Eyni zamanda, Şamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədil kənd yollarında da qar təmizləmə işləri davam etdirilir. Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Həm sürücülər, həm də sərnişinlər təhlükəsiz formada hərəkət edir