AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Döşdə asimmetriya xərçəng əlaməti çıxdı

  • + A
  • - A
  • Bu gün, 13:00

    Döşdə asimmetriya xərçəng əlaməti çıxdı

    Metro nəşri 43 yaşlı Gemma Fish adlı britaniyalı qadının diqqətçəkən hekayəsini yayımlayıb. O, doğuşdan sonra döşlərində artan asimmetriya səbəbilə həkimə müraciət edib və nəticədə xərçəngin dördüncü mərhələsi diaqnozu qoyulub.
    Qadının sözlərinə görə, ilk dəyişiklikləri 2021-ci ildə — hamiləlik dövründə hiss edib. Onun sağ döşü kiçilməyə başlayıb və bunu hormonal dəyişikliklərlə əlaqələndirib. Lakin doğuşdan sonra fərq daha da artıb: bir döş kiçilməyə davam edib, digəri isə böyüyüb. Nəticədə sol döş sağdan təxminən üç dəfə böyük olub. Daha sonra məmənin içəri çəkilməsi baş verib və bu, onu həkimə müraciət etməyə vadar edib.
    2023-cü ilin fevralında qadına döş xərçəngi diaqnozu qoyulub. O etiraf edib ki, bu cür dəyişikliklərin xəstəliyin əlaməti ola biləcəyini bilmirmiş:
    “Düşünürdüm ki, xərçəng zamanı mütləq əllə hiss olunan şiş olur. Döş ölçüsünün dəyişməsinin də simptom ola biləcəyini bilmirdim”.
    Diaqnozdan sonra Fish bir neçə kimyaterapiya və şüa terapiyası kursu keçib. Bundan əlavə, ona yumurtalıqların çıxarılması və ikiqat mastektomiya — süd vəzilərinin götürülməsi əməliyyatları icra olunub. O, rekonstruktiv əməliyyatdan imtina edib. Xəstəlik gec mərhələdə aşkarlandığı və sağalmaz hesab edildiyi üçün qadın hazırda gündəlik həyatına fokuslanaraq qızı ilə daha çox vaxt keçirməyə çalışır.
    Həkimlər bildirirlər ki, döşlər arasında kiçik ölçü fərqi bir çox qadında normaldır və menstrual dövr, hamiləlik və ya ana südü ilə qidalanma zamanı dəyişə bilər. Lakin döşün ölçü və ya formasında qəfil, tək tərəfli dəyişiklik, məmənin içəri çəkilməsi, toxumaların deformasiyası və ya büzüşməsi ciddi xəbərdaredici əlamətlər ola bilər.
    Mütəxəssislərə görə, bəzi hallarda döşün kiçilməsi xərçəngin fibroz forması ilə, böyüməsi isə şişin sürətli inkişafı və ya limfa axınının pozulması nəticəsində yaranan ödemlə bağlı ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR