AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib

  • + A
  • - A
  • Bu gün, 10:43

    Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib

    Gürcüstanın Tbilisi şəhərində 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib.

    Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, iyunun 5-7-də xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlanıblar.

    Layihə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR