AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi Analitik Ülkər Piriyeva, Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ: Prezident İlham Əliyevin Berlin səfərinin geosiyasi mesajları

  • + A
  • - A
  • 21-07-2026, 21:58

    Siyasi Analitik Ülkər Piriyeva, Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ: Prezident İlham Əliyevin Berlin səfərinin geosiyasi mesajları

    Bakı/Berlin - Azadmedia.az - 21 iyul 2026 –

    Azərbaycanın Avropadakı strateji mövqeyinin möhkəmləndirilməsi -

    Prezident İlham Əliyevin 21 iyul 2026-cı ildə Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin siyasi göstəricisi kimi qiymətləndirilə bilər. Berlin görüşlərinin gündəliyində enerji və xammal, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq kimi bir-biri ilə sıx bağlı strateji məsələlərin yer alması səfərin ikitərəfli münasibətlər çərçivəsindən daha geniş məna daşıdığını göstərdi.

    Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın gündəliyini müəyyən edən Birgə Bəyannamənin imzalanması oldu. Eyni zamanda Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması iqtisadi münasibətlərin daha institusional və uzunmüddətli əsasda inkişaf etdirilməsi baxımından mühüm addımdır.
    Bu səfərin ən mühüm geosiyasi tərəflərindən biri isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun bir daha təsdiqlənməsidir. Almaniya Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu açıq şəkildə ifadə edib. Bununla yanaşı, bərpaolunan enerji və hidrogen istiqamətində əməkdaşlığın müzakirə edilməsi münasibətlərin yalnız ənənəvi enerji sektorunda deyil, gələcəyin enerji bazarında da inkişaf etdirilməsinə işarədir.

    Digər mühüm məqam Cənubi Qafqaz məsələsidir. Berlin Azərbaycan-Ermənistan sülh prosesini regionun sabitliyi üçün tarixi imkan kimi qiymətləndirir. Bu baxımdan Azərbaycanın sülh gündəliyinin Avropanın aparıcı siyasi mərkəzlərindən biri olan Berlinin diqqətində olması Bakının regional təhlükəsizlik arxitekturasında artan siyasi çəkisini göstərir.

    Siyasi-analitik qənaətimə görə, Cənab Prezident İlham Əliyevin 21 iyul səfərinin əsas mesajı ondan ibarətdir ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın siyasi proseslərinin iştirakçısı deyil, Avropa ilə enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadi əlaqələri birləşdirən mühüm geosiyasi tərəfdaş kimi çıxış edir. Berlinlə qurulan yeni strateji gündəlik Azərbaycanın Avropa məkanında diplomatik və iqtisadi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

    Bu baxımdan 21 iyul səfərini sadəcə diplomatik görüşlər silsiləsi deyil, Azərbaycanın “regional aktor”dan “regional və Avrasiya miqyaslı strateji tərəfdaş” statusuna doğru irəliləməsinin növbəti siyasi göstəricisi kimi qiymətləndirmək mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR