Problemin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir.
Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrəxüsusi mexanizmin yaradılması təşəbbüsü bu baxımdan mühüm əhəmiyyət daşıyır: “Belə bir mexanizm axtarışlara, məlumat mübadiləsinə, məhkəmə-tibbi ekspertizaimkanlarının inkişafına və ailələrə dəstəyə töhfə verə bilər.
Bugünkü müzakirələrdən gözləntimiz konkret təkliflərdir: etibarlıməlumatlara çıxışın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması. Bütünfəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən aparılmalıdır.
İtkin vətəndaşlarımızın ailələrini əmin etmək istəyirəm: heç bir itkinimiz unudulmur. Dövlət Komissiyası onların taleyini aydınlaşdırmaq üçün bütünimkanlarını səfərbər etməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə davam edəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.