AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda nağdsız ödənişlər 1 % artıb

  • + A
  • - A
  • Bu gün, 18:30

    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb

    Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib.

    Bunun 7 milyard 755 milyon manatı (86,4 %-i) elektron ticarətin payına düşüb.

    Ödənişlərin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.

    Bu il avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon 388 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,8 % çox, ilin əvvəlinə nisbətən 6,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə 9,45 % çoxdur.

    Son 1 ildə ölkədə debet kartlarının sayı 10,9 % artaraq 21,353 milyon, kredit kartlarının sayı isə 3,8 % azalaraq 2,035 milyon olub. Sentyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,613 milyard manat (illik müqayisədə 3 % çox) və 696 milyon manat (-10,5 %) təşkil edib.

    Hesabat dövründə ölkədə bankomatların sayı 2,7 % artaraq, POS-terminalların sayı isə 16,5 % azalaraq müvafiq olaraq 3 590 ədəd (Bakı üzrə 1 931 ədəd) və 135 204 ədəd (Bakı üzrə 86 242 ədəd) təşkil edib.

    Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR