AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda karantini pozub domino oynayanlar həbs edildi - Fotolar

  • + A
  • - A
  • 7-06-2020, 21:00

    Bakıda karantini pozub domino oynayanlar həbs edildi - Fotolar
    Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi hallarına rast gəlinməkdədir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzadMedia.az verilən məlumata görə, paytaxtın Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarına zidd bir yerə toplaşıb domino oynadığı ortaya çıxıb.

    Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati

    Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.
    Bakıda karantini pozub domino oynayanlar həbs edildi - FotolarBakıda karantini pozub domino oynayanlar həbs edildi - Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR