AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda COVID-19-a yeni 155 yoluxma faktı qeydə alınıb

  • + A
  • - A
  • 13-09-2020, 18:55

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 38 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2 009 olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 751, bu günə qədər isə ümumilikdə 1 009 478 test icra olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR