AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp özünü amerikalıları qoruyan divara bənzətdi

  • + A
  • - A
  • 19-09-2020, 18:40




    ABŞ Prezidenti Donald Tramp özünü “Amerika xəyalı” ilə “xaos”u ayıran divarla müqayisə edib.

    TASS agentliyi xəbər verir ki, D.Tramp bu barədə fikirlərini Minnesota ştatında seçiciləri ilə görüşdə səsləndirib.

    “Əgər siz mənə səs versəniz, bilin ki, mən həmin o divaram. Bizim cənub sərhədlərimizdə (ABŞ-Meksika sərhədi – red.) tikdiyimiz divarı xatırlayırsınız? Mən sizin “Amerika xəyalı” ilə “xaos” arasındakı divaram”, - deyə Birləşmiş Ştatlar prezidenti söyləyib.

    Xatırladaq ki, üç noyabr tarixində ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

    D.Trampın seçkidə rəqibi Demokratların namizədi Co Baydendir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR