Yeznə ilə qaynın ova getməsi ölümlə nəticələndi

Sabirabadda yeznə qaynını güllələyərək qətlə yetirib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Aqil Nəsirov yeznəsi Zəka Nəsirovla birlikdə ov edən zaman sonuncunun tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanları tərəfindən baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
