AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qara dənizin dərinliklərində erməni cinayətkarlığı

  • + A
  • - A
  • 24-09-2020, 10:01


    Ötən əsrin 80-ci illərində günahsız rus uşaqlarını
    Qara dənizdə suya qərq edən ermənilələr 90 –cı illərin əvvəllərində
    Xocalıda azərbaycanlıları qan dənizində boğdular...


    40 il əvvəl Qara dənizdə erməni quldurlarının törətdiyi çoxdəhşətli cinayətlərin üstü açılsa da, Kreml onların dənizin altında gələcəkdə daha ağlagəlməz faciələrə səbəb ola biləcək saxtakarlığına “göz” yumdu. Aradan heç 10 il keçmədi ki, ermənilər Azərbaycan ərazisində XX əsrin ən böyük faciəsini - Xocalı soyqırımını törətdilər. Bəs Qara dənizin dərinliyində Moskva ermənilərin hansı saxtakarlığına göz yummuşdu?

    Ermənilərin özlərinin dünyada ən qədim mədəniyyətə, sivilizasiya və dövlətçilik tarixinə malik olması barədə uydurduqları yalanlar barədə mətbuatda çox yazılıb, yəqin ki, hələ bundan sonra da yazılacaq. Bu günlərdə sosial şəbəkədə öz mənfur istəklərinə çatmaq üçün hər cür iyrənc üsullara əl atan ermənilərdən bəhs edən və rus dilində paylaşılan videoçarxın mətni yəqin ki, çoxlarının diqqətini cəlb etdi. Özüm-özümə sual verdim, görəsən dəlil-sübuta söykənən bu cinayət faktları barədə məlumatı dinləyən hər hansı bir rusun və ya əcnəbinin “erməni sevgisi” haradan və nədən qaynaqlanır?

    Sən demə, 80-ci illərin əvvəllərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları Qara dəniz sahillərində bir sıra dəhşətli qətllər törətmiş dəstə ilə bağlı əməliyyatlar apararkən suyun dibində bir necə dalğıcın daşların və qayaların üzərində erməni dilində yazılar cızdıqlarının şahidi olublar. Diktor mətnində apaydınca deyildiyinə görə, bu barədə Moskvada nəşr olunan həftəlik ictimai-siyasi, ədəbi-bədii, illüstrasiyalı “Oqonyok” jurnalının 1982-ci il tarixli nömrəsində

    ətraflı yazılıb. Yəni, Odessa şəhərinin çimərliyində varlı ailələrin uşaqları erməni dalğıclarından ibarət mütəşəkkil cinayətkar qrupun üzvləri tərəfindən suya batırılıb öldürülürdü. Sonra cəsədlərin tapılmasına görə onların valideynlərindən böyük məbləğdə “haqq” alınırdı.

    Çox keçmir ki, araşdırmalar zamanı müəyyən olunur ki, törədilən cinayətlər xaraktercə bir-birinə oxşayır. Əvvəlcə, “ovçu-dalğıclar” tərəfindən zəngin ailənin uşağı müəyyən edilir, sonra dalğıc-qatillər uşaqları su altına çəkir və boğurdular. Cəsədlər sahiblərinə verilənə qədər su altında müəyyən edilmiş yerlərdə saxlanılırdı. Ölən uşaqların valideynlərindən pul alınandan sonra həmin dalğıclar onları guya “tapıb” sahilə çıxarırdılar. Kreml rəhbərliyi tərəfindən cinayətkarları tapmaq üçün SSRİ DİN və DTK əməkdaşlarından ibarət xüsusi qrup yaradılır. Təhlükəsizlik Komitəsinin əməkdaşları istintaqdan bir neçə gün sonra cinayətkarların izinə düşə bilirlər. İzləmə zamanı onların diqqətini sahildə üç nəfərin olduğu matorlu qayıq cəlb edir. Onlardan ikisi dalğıc kostyumlarını geyinib suya dalırdı, biri isə qayıqda qalıb keşik çəkirdi. Müşahidə zamanı DTK əməkdaşları su altında baş verənləri görəndə gözlərinə inanmırlar.

    Cinayətlər plan üzrə getdikdən sonra – yəni müəyyən edilmiş varlı uşağı quldurlar tərəfindən “ovlandıqdan” sonra suyun dibinə çəkilən qrup üzvləri tamamilə başqa “işlə” məşğul olurdular: onlar “yeni ov”u gizlətdikləri daşların və qayaların üzərində erməni dilində müxtəlif yazılar həkk edirdilər. “Oqonyok” jurnalının məlumatına görə, bütün üzvlərinin Ermənistan SSR vətəndaşları oluqları müəyyən olunan cinayətkar dəstə dərhal zərərsizləşdirilib.

    DTK-nın uzun müddət cavab tapa bilmədiyi bir sual açıq qalır: Erməni cinayətkarların Qara dənizin dərinliklərində erməni dilində yazılar yazmalarında məqsəd nə idi?

    İstintaq tədbirləri zamanı məlum olub ki, erməni dəstə üzvləri etdikləri cinayət əməllərindən savayı, tarix və coğrafiyanın saxtalaşdırılması ilə də məşğul olublar. Bunu etməkdə məqsəd illər sonra Qara dənizin dərinliklərində “qədim” erməni yazılarını “tapmaq”,

    bununla da həmin ərazilərin “böyük Ermənistan”ın olduğunu sübut etmək istəyi olub.

    Əfsus ki, belə faktlar erməni xislətinin nə qədər qorxunc, hiyləgər olduğunu sərgiləsə də SSRİ-nin süqutundan sonra rusların Dağlıq Qarabağdakı erməni separatçılarını “dəstəkləməsi” böyük təəssüf hissi doğurur... Məhz belə dəstəyin nəticəsi idi ki, ötən əsrin 80-ci illərində günahsız rus uşaqlarını Qara dənizdə suya qərq edən ermənilələr 90 –cı illərin əvvəllərində Xocalıda azərbaycanlıları qan dənizində boğdular...

    Artıq 30 ilə yaxındır ki, ermənilər dünyada xristian təəssübkeşliyi sayəsində Azərbaycanın 20 faiz torpağını işğal altında saxlamağa müvəffəq olublar. Bu gün də Azərbaycana qarşı erməni təxribatlarının davam etməsində xristian həmrəyliyi mühüm faktor olaraq qalır. Əgər dünya tarixə gerçəyin gözü ilə baxa bilsəydi, o zaman erməni faşizmi də alman faşizmi kimi öz yuvasında darmadağın edilərdi...

    Şəkildə 1899-cu ildə nəşrə başlayan “Oqonyok" jurnalının 1918-ci il oktyabr buraxılışının üz qabığında ermənilərin Bakıda törətdikləri mart soyqırımı oxuculara erməni-müsəlman qırğını kimi təqdim olunub

    Hazırladı: Nurəddin Muğanlı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR