Nurəddin ƏDİLOĞLU yazır
 Sinəsi ay-ulduzlu üçrəngli bayrağımız tezliklə Qarabağın mənəvi 
paytaxtı Şuşanın qədim qala bürcündə dalğlanacaq 
Sentyabrın 27 –də düşmənin növbəti təxribatına əks-həmlə ilə cabab 
verən Milli Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 
azadlığı uğrunda zəfər yürüşünə başladı. Azərbaycan xalqının: “Tərlan 
oylağında sar ola bilməz” atalar məsəli də sərrastlığı ilə milli
ruhumuzun bir daha dolğun ifadəsi oldu. Bəli, özü boyda mədəniyyət 
məbədi olan Şuşa şəhərində “andiçmə mərasimi” keçirən qondarma
“dqr” rejiminin başçısı da Milli Ordumuzun uğurlu hərbi əməliyyatları
qarşısında duruş gətirə bilmədi. Azərbaycan Ali Baş Komandanının
vurğuladığı kimi, gizlənmək üçün “siçan deşiyi” axtarmağa məcbur oldu.
Eləcə də Xankəndidə “yuva” salan torpaq birələri - erməni separatçıları 
də anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, 
şəhərimizin, yüksəkliklərin azad olunması və yüzlərlə erməni əsgərinin, 
hərbi texnikasının məhv edilməsi deməkdir. Suqovuşanda, Ağoğlanda 
(Hadrud), Cəbrayılda, Xudafərində, Fizulidə dalğalanan Azərbaycan 
bayrağının rəngləri bu gün Qarabağ səmasına işıq saçır. 
İndi keçmiş günlərin intizarını çəkən Şuşa da ayrılığın son günlərini 
yaşayır. Qədim Qala bürclərinin yuxusu ərşə çəkilib, Qırxqız səmtindən 
Cıdır düzünə sərin mehlər əsir. İsa bulağı daha gür çağlayır. Şuşanın 
qədim Qurdlar məhəlləsindən qurd ulayır. “Qurd üzü mübarək olar” 
deyiblər. Çaqqlların, tülkülərin canına vəlvələ düşüb. Bağrıqan dağının 
zirvəsindən qara buludlar getdikcə dağılmaqdadır. Ağzıyastı kaha 
nigarançılıqla Şuşa qalxan yollara boylanır. Bu nə möcüzəydi ilahi!.. Elə
bil qayalar at çapır; dağlar yallı gedir, dərələr yırğalanır. Qələbəmizin 
addım səsləri daha aydın duyulur.
Efirdən Azərbaycan Prezidentinin tez-tez və əminliklə təkralanan gur
səsi eşidilir: "Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə
dalğalanacaqdır." 
... Dünya kinosuna “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi musiqili 
komediyalar bəxş edən Üzeyir Hacıbəylinin, xeriyyəçi-şairə Xan qızı 
Natəvanın, Azərbaycan xanəndəsi, dünyanın virtuoz sənətkarı Bülbülün
erməni vandalları tərəfindən güllələnən büstləri hazırda Bakıdadır. Bu 
güllələnmiş cansız heykəllər erməni-daşnak faşizminin alman 
faşizmindən nə qədər qəddar olduğunu göz önündə canlandırır.
Adolf Hitler müharibə apardığı dövrdə bir müsəlman məscidini belə
dağıtmamışdı, əksinə kəlmeyi -şahətəti əzbər söyləyən minlərlə musəvi, 
xaçpərəst faşizmin ölüm düşərgəsindən xilas olmuşdu.
Çox təəssüf ki, küçə itlərinin, pişiklərinin hüququnu müdafiə etməsi ilə
“öyünən müasir dünya” Şuşa başda olmaqla Qarabağda erməni 
təcavüzünə məruz qalan tarixi abidələrimizə əhəmiyyət vermədi, 
Topxanada təbiətin yaşıl soyqırımına göz yumanlar, Xocalının dəhşət 
saçan fəryadını da eşitmədi, 30 ilə yaxın Azərbaycanı nə duydu nə də
dərk etdi. “Şərqin konservatoriyası” adlanan bu şəhər Azərbaycanın 
itirdiyi qammaya, Qarbağın köksünün başında simləri qırılmış rübaba
bənzəyirdi. Allah bu şəhərin 28 il faşist xislətli murdar düşmənin 
tapdağında qalmasını xalqımı necə rəva gördü?! 
Şuşa yadıma düşəndə
sınır qəlbim şüşə kimi
Görərsən görərmiyəm,
Şuşanı bu qışa kimi...
İnşallah, görəcəyik, o günlərə sayılı günlər qalıb, bu misraların müəllifi 
şair Fikrət Sadığın nigaran ruhu da şad olacaq. Şanlı Azərbaycan 
Ordusu xalqımıza Şuşa boyda sevinc bəxş edəcək. Dövlət başçısının 
Türkiyənin “A haber” televiziya kanalına müsahibəsində dediyi kimi: 
”Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan 
azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur...”
Şuşa yenə saçları şehlə yuyulmuş gözəllər gözəlinə dönəcək. Ad gününü 
Şuşada, Qələbə paradını Bakıda keçirmək arzusuyla yaşayan əsgər və
zabitlərimizə Allah yar olsun!
Qarabağ Azərbaycandır!