AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Azərbaycan xalqına qarşı etnik təmizləmə aparan işğalçı Ermənistan, mütləq cəzalandırılmalıdır!"

  • + A
  • - A
  • 28-10-2020, 23:26

    Azərbaycan xalqına qarşı etnik təmizləmə aparan işğalçı Ermənistan mütləq cəzalandırılmalıdır!
    Bunu AzadMedia.az- a açıqlamasında Politoloq Ülkər Piriyeva deyib.

    Dünya, beynəlxalq ictimaiyyət yenə də susmaqda davam edir, eynilə Xocalı faciəmizdə olduğu kimi.. Elə bəlkə də zamanında, beynəlxalq hüquq məhkəməsi qarşısında Ermənistana sanksiyalar tətbiq edilmədiyi, layiqli cəzası verilmədiyi üçün bu gün başına buyruq şəkildə, Azərbaycan xalqına, ümumiyyətlə mədəni irsimizə qarşı da etnik təmizləmənin şahidi oluruq.

    Lakin Ermənistan, hakim qüvvələri, XIX əsr erməni xalqının təxəyyülünün məhsulu olan Paşinyan və onun havadarları düşünmür ki, artıq Azərbaycan xalqı onların dinc sakinlərimizə, döyüş meydanından kənarda qalan ərazilərimizdəki terror aktlarına qarşı daha susmayacaq. Bəli, biz nəyinki haqlı, hətda haqlı olduğumuz qədər də vicdanlı xalqıq. Bəli, bizlər dinc əhalini yuxusunda yatarkən, evindən çıxıb rahat şəkildə küçədə gəzərkən, müharibə meydanından kənarda uşaq, qadın demədən, qoca, cavan demədən insanları ağır artilleriya və raket atəşinə tutmaycaq, qanlarına qəltan etməyəcək qədər insaflı və vicdanlı xalqıq. Amma biz həm də eyni zamanda, ər meydanında, nər meydanında igidliklə, cəsarətlə, rəşadətlə xalqımıza divan tutanları, döyüş meydanında cəzalandırmağı bilən, müzəffər ordusu olan qüdrətli bir xalqıq.

    Bəs, terror qaynağı olan Ermənistanı qıcıqlandıran amillər nələrdir ki, onlar bu əməllərə əl atırlar?

    İlk növbədə, Azərbaycan dövləti müstəqil siyasət yürüdür və heç bir ölkədən asılı deyil.
    Azərbaycan, bu gün istər iqtisadi, istər siyasi və istərsə də enerji təhlükəsizliyi sahəsində, qüdrətli bir ölkəyə çevirlib.
    Eyni zamanda, müasir və müstəqil Azərbaycan dövlətinin başında verdiyi hər vədə əməl edən, xalqının sevimlisi, onun bugünə, gələcəyə olan inamı, dayağı Əliyev İlhamı, güclü siyasi lideri dayanır.
    Cənab prezident xarici mətbuata- bu yaxınlarda italiya mətbuatına olan açıqlamasında da, bir daha bəyan etdi ki, “Ya hərb, ya sülh yoluyla torpaqlarımız işğaldan azad olunacaqdır!”
    Dünya siyasət meydanında, hər sahədə sözünü deyə bilən və verdiyi hər vədə əməl edən *Humanitar Atəşkəs*də bunlara daxildir - bir Azərbaycan dövləti var, terrorçu Ermənistanın qarşısında.
    Hal-hazırda, bütün bunlar Ermənistan tərəfində həm qorxu, həm də çaşqınlıq yaradıb.
    Qorxu yaradıb, çünkü hərb meydanında ordumuzun qarşısında dayana bilmirlər və ilk olaraq bu səbəbdən, mülki əhalimizə qarşı müharibə cinayətinə əl atırlar.
    Digər baxımdan, çaşqınlıq hissi ondandır ki, düşmən tərəfi nə edərsə etsin, Azərbaycan dövlət rəhbəri və xalqı öz qətiyyətli mövqeyindən əl çəkmir. Birmənalı olaraq, düşmənin həm raket hücumu, həm ağır artilleriya hücumu qarşısında bütün dünyaya mərdlik nümayiş etdirir.

    Düşmən tərəfi eyni zamanda, ordumuz tərəfindən Humanitar atəşkəsin qaydaları pozulsun deyə, hər yola əl atırlar və birmənalı olaraq məsələyə üçüncü maraqlı qüvvələri cəlb etmək istəkləri var. Lakin biz buna gedməyəcəyik. Biz düşmənlə döyüş meydanında vuruşur və layiqli cavabını veririk.

    Fikrimcə, digər nüans, bu gün nəyinki, regional səviyyədə, eyni dərəcədə qlobal planda həlledici söz sahibi olan Türkiyə kimi tamamilə müstəqil xarici siyasət yürüdən qardaş dövlətin yanımızda olmağıdır. Çünki Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Belə ki, Türkiyə həm də, bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkədir.
    Bir tərəfdən də, "bir ölkənin dərsliklərində" Türkiyə hədəf kimi göstərilirsə, bu ölkə mütləq cəzalandırılmalıdır!

    Ümumiyyətlə, Ermənistanın bu addımı və mülki əhaliyə qarşı edilən hərbi hücumu hərbi cinayətdir. Və bütün bunlar birbaşa Paşinyan tərəfindən gələn direktivlərdir. Bəs onlar, niyə müki əhaliyə qarşı hücuma keçib – mülki əhaliyə hücum edib qətlə yetirdikdə, bunda hansı siyasi və ya hərbi fayda görürlər?

    İlk növbədə, ATƏT-in Minsk qrupunun həmsədrləri susur və bu onları daha da cəsarətləndirməkdədir.

    İkincisi, onlar Ermənistana qarşı susmaqla, onun sanki qalib olduğunu göstərmək, xalqımızda onlara qarşı xof yaratmaq fikrindələr. Lakin cinayətkar Ermənistan və onun havadarları nəzərə almır ki, onların sivil xalqımıza qarşı attıqları hər bir cinayət addımı, törətdikləri hər bir müharibə cinayəti ordumuzu, millətimizi daha da cəsarətləndirir və onların döyüş meydanında əzmkarlığını artırmaqla yanaşı, onlarda qələbəyə olan inam hissini daha da artırır və bu belədə olacaqdır. Nə xalqımız, nə də ordumuz bir addım belə geri çəkilmir və çəkilməyəcəkdir. Ali Baş Komandanın rəhbərliyində hər gün yeni, yeni zəfərlərə imza atan Azərbaycan ordusu dinc əhalimizə qarşı işlədilən cinayətlərin qisasını, etnik təmizləmə cinayətlərinin qisasını, mədəni təmizləmə cinayətlərinin qisasını savaş meydanında mərdliklə alır və alacaqdır.
    Düşmənin beynəlxalq hüquqa zidd olan hər bir addımının qarşılığı döyüş meydanında cavab addımı olaraq layiqli şəkildə verilir. Və şanlı ordumuz buna qadirdir.

    Biz həqiqət anını yaşayırıq.

    Bu gün, Azərbaycan prezidenti cənab İlham Əliyev bir daha dünyaya sübut etdi ki, müstəqil Azərbaycan dövləti özü işğal altında olan torpaqlarının müqəddəratını təyin etmə qüdrətinə malik bir ölkədir.

    Qarabağ uğrunda ədalətə və haqq yoluna dayanan mübarizə əzmimiz torpaqlarımızın son qarışını alana qədər yüksək iradə ilə davam edir və edəcəkdir.

    Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali baş komandanımızın qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım belə geri atmayacaq”.

    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR