AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti Səfurə İbrahimova dünyasını DƏYİŞDİ

  • + A
  • - A
  • 21-12-2020, 21:40


    Azərbaycanın Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib.

    AzadMedia.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları sosial şəbəkədə məlumat yayıblar.

    82 yaşında vəfat edən Səfurə İbrahimova uzun müddət idi ki, tənha yaşayırdı.

    Qeyd edək ki, Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrında Akademik teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda işləyib.

    1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR