AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eldar Quliyevin dəfn mərasimi niyə gecikir? - RƏSMİ

  • + A
  • - A
  • 17-04-2021, 11:25



    Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin sabah dəfn olunacağı deyilir.

    Bu barədə AzadMedia.Az-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

    Onun sözlərinə görə, Xalq artistinin dəfn olunması üçün övladlarının xarici ölkədən gəlməsi gözlənilir:

    “Qızlarından biri bu gün gecə saatlarında, digəri isə səhər saatlarında ölkəyə çatacaq. Bizdə olan məlumata görə, onlar gəldikdən sonra mərhumun dəfni üçün dəqiq saatı demək mümkün olacaq”.

    Xatırladaq ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib. O, özünün vəsiyyəti ilə Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR