AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri ilə növbəti görüşü

  • + A
  • - A
  • 12-06-2021, 17:20


    12 iyun 2021-ci il tarixdə baş tutmuşdur. İlham Məmmədov Yevlax şəhərindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləmişdir. Millət vəkili Vətən müharibəsi şəhidləri Emin Rüstəmovun, Yusif Yusifbəylinin və Nicat Quliyevin evlərində olaraq mərhum şəhidlərimizin ailə üzviləri ilə görüşmüşdür.
    Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz Emin kimi, Yusif kimi,Nicat kimi şəhidlərimizə borclu olduğunu bildirmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhidlərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırmışdır. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan Millət vəkili eyni zamanda ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da, hərzaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirmişdir. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildirmişlər. Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanmış, onların həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həlli yolunu tapacağını qeyd etmişdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR