AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat İlham Məmmədov Şəhid ailələri ilə görüşüb-FOTOLAR

  • + A
  • - A
  • 17-04-2021, 13:08



    Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri ilə növbəti görüşü 16 aprel 2021-ci il tarixdə baş tutmuşdur. İlham Məmmədov Yevlax rayonundan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləmişdir. Millət vəkili Vətən müharibəsində şəhid olmuş Ərəş kəndindən Əyyub Bəşirovun, Aşağı Bucaq kəndindən Cavid Kərimovun, Nərman Rəsulovun, Varvara kəndindən Xəqani Cəmillinin və Cırdaxan kəndindən Qara Əliyevin evlərində olaraq, mərhum şəhidilərimizin ailələri ilə söhbət aparmış, şəhidlərimizin vətən sevgisini, torpağ sevgisini birdaha onların valdeyinlərinin dilindən dinləmişdir. Şəhid valdeyinləri övladlarının hərzaman Vətəni özlərinin anası adlandırdığlarını və bu yolda ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etmişlər. Şəhid valdeyinləri qəhrəman övladlarının onları şəhid valdeyini olmaq kimi ən ali mərtəbəni bəxş etdiklərini bildirmişdir. Övladlarını məhz vətən yolunda şəhid olacaq qədər vətənpərvər şəxsiyyət kimi böyütdüklərini bildirən Şəhid valdeyinləri bu gün öz övladları ilə qürur duyduqlarını qeyd etmişlər. İlham Məmmədov mərhum şəhidlərimizin vətən sevgisini, qəhrəmanlıq dastanlarını dinlədikcə şəhid ailələrinə ölkəmizin ərazi bütövlüyü uğrunda canını düşünmədən fəda edən vətənpərvər övladlar böyütdüyü üçün minnətdarlıq bildirərək, hər birimizin vəzifəsindən asılı olmayaraq məhz belə qəhrəman oğullarımıza və onlara vətən sevgisini aşılamış valdeyinlərə borclu olduğumuzu bildirmişdir. İlham Məmmədov hərzaman şəhid valdeyinlərinin yanında olduqlarını diqqətə çatdırmışdır.

    Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz belə qəhrəman şəhidlərimizə borclu olduğunu bildirmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırmışdır. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan Millət vəkili eyni zamanda ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da, hərzaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirmişdir. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildirmişlər. Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanmış, onların həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həlli yolunu tapacağını qeyd etmişdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR