AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Aşıq Ələsgərin poeziyasında musiqinin təzahürü" mövzusunda tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 11-12-2021, 11:22



    "Aşıq Ələsgərin poeziyasında musiqinin təzahürü" mövzusunda tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan "Aşıq Ələsgərin poeziyasında musiqinin təzahürü" mövzusunda tədbir keçirilib.

    Əvvəlcə ustad sənətkarımız Aşıq Ələsgər və Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş Vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri açıq elan edən Mərkəzin direktoru Dilbər İbayeva Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki yerindən söhbət açıb, saz-söz sənəti ilə bağlı tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    Mərkəzin əməkdaşı Şəfa Xəlilova, MDRK-nın müəllimi Aynur Məmmədova, Kollecin tələbəsi Aysun Nəzirova çıxış edərək Aşıq Ələsgərlə bağlı öz düşüncələrini bölüşüb, onun sənətinə Azərbaycan elmi-ədəbi-ictimai fikri tərəfindən həmişə yüksək qiymət verildiyini bildiriblər.

    Sonda saz ifaçısı Anar İmanov və Masallı Dövlət Regional Kollecinin tələbələri “Dağlar” şeiri, “Yaylaq”, “Hayıfsan”, “Gərəkdir”, “Varıymış”, “Olmaz”, “Görmədim”, “Düşdü” ifaları ilə tədbirə rəng qatıblar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR