Qoşulmama Hərəkatına üzv olan ölkə şəhərlərinin “Şuşa Assambleyası” keçiriləcək.
AzadMedia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-ci ilin iyul-noyabr aylarında Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Qoşulmama Hərəkatına üzv olan ölkə şəhərlərinin “Şuşa Assambleyası”nın keçirilməsini təmin etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.