Azadmedia.az Aprelin 29-da Masallı rayon Heydər Əliyev Mərkəzində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənc könüllüləri üçün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Tarixin memarı” mövzusunda mühazirə oxunub.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş Vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixinin, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyinin, ölkə həyatında əldə edilmiş nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu qeyd edib.
Daha sonra Ş. Xəlilova mühazirədə çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini vurğulayıb.
Ülkər Piriyeva