Bakı, 7 mart - Azadmedia.az
BMT-nin Baş katibi Quterreş, Gender bərabərliyinə nail olmaq hədəfi getdikcə uzaqlaşır, dedi.
“İndiki vəziyyətdə BMT proqnozlaşdırır ki, biz buna təxminən 300 il ərzində nail ola bilərik.
BMT-nin Qadının Vəziyyəti Komissiyasına müraciət edən Quterreş bu görüşün bütün dünyada qadın hüquqlarının təhlükə altında olduğu bir vaxtda daha böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.
Quterreş qadın hüquqları sahəsində əldə edilən irəliləyişlərin “gözümüzün qabağında yox olmağa başlayır” ifadəsinə diqqət çəkərək “Əfqanıstanda qadınlar və qızlar ictimai həyatdan yoxa çıxıblar”, - deyə xəbərdarlıq edib. O bildirib ki, “Gender bərabərliyinə nail olmaq hədəfi getdikcə uzaqlaşır. İndiki vəziyyətdə
“BMT proqnozlaşdırır ki, biz buna təxminən 300 il ərzində nail olacağıq."
BMT-nin qadınların və qızların yanında olduğunu vurğulayan Quterreş qeyd edib ki, mövcud qlobal sistemdə qadınlar üçün dəyişikliklər edilməlidir.
BMT-nin Qadının Vəziyyəti Komissiyasının bu il əsas mövzusunun texnologiya və innovasiya sahələrində gender uçurumunun aradan qaldırılması olduğunu xatırladan Quterreş, “Əslində bu, sadə bir hesablama məsələsidir, dünyanın yarısının anlayışı və yaradıcılığı olmadan elm və texnologiya potensialının yalnız yarısı reallaşdırıla bilər."
Quterreş elm sahəsində Nobel mükafatlarının yalnız 3 faizinin qadınlara çatdığına, əsrlər boyu davam edən ayrı-seçkilik və stereotiplərin xüsusilə elm və texnologiya sahələrində ciddi gender uçurumuna yol açdığına diqqət çəkib.
BMT-nin baş katibi Quterreş, "Qadınlar və qızları susdurmaq olmaz. Qadınların hüquq və azadlıq tələbləri bütün dünyada rezonans doğurur" deyib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.