AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ermənistan tərəfindən Oxçuçayın sənaye tullantıları ilə çirklənməsi ilə bağlı BMT-yə məlumat verib

  • + A
  • - A
  • 24-03-2023, 13:48

    Azərbaycan Ermənistan tərəfindən Oxçuçayın sənaye tullantıları ilə çirklənməsi ilə bağlı BMT-yə məlumat verib

    BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Su Konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Baş katibinin müavini Li Junhua ilə görüşüb. Azadmedia.az xəbər verir ki, bu barədə Ekologiya Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, görüşdə BMT baş katibinin müavininə Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə istiqamətində görülən işlər, transsərhəd çayların idarə olunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti, Oxçuçayın sənaye suları ilə çirklənməsi barədə məlumat verilib.

    Azərbaycan nümayəndə heyəti bildirib ki, Ermənistan tərəfinin minalanmış sahələrin xəritələrini təqdim etməməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və tikinti işlərinə təsir göstərir.

    Görüşdə tərəflər qarşılıqlı maraq doğuran müxtəlif mövzuları da müzakirə ediblər.

    Babayev Li Junhuanı 2023-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan II Bakı Davamlı İnkişaf Forumuna dəvət edib.

    BMT baş katibinin müavini də öz növbəsində dəvəti yüksək qiymətləndirib və Azərbaycanın dünya təşkilatının fəaliyyətinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR